“Ayntraxt” üçün problem olmamalıdı” – MÜSAHİBƏ
22.08.2013 - 08:22
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmamızda həmyerlisi Berti Foqtsun köməkçilərindən biri kimi 6 ildir fəaliyyət göstərən almaniyalı Avropa Liqasının bu gün baş tutacaq “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) oyunu haqda danışıb.
- Azərbaycan futboluna bələd olan almaniyalı kimi bu matç haqda nə deyə bilərsiniz?
- “Qarabağ” heç də pis komanda deyil. Kluba çox pullar xərclənir. Ümumiyyətlə Azərbaycanda Premyer Liqanın 10 klubunun hər biri imkanlı şəxslər tərəfindən maliyyələşdirilir. Bu “Çelsi”də Roman Abramoviçin rolunu xatırladır. “Qarabağ” ötən çempionatda tam layiq olduğu 2-ci yeri tutdu. Amma “Ayntraxt” üçün mərhələ adlamaq problem olmamalıdır. Onlar bunu asanlıqla bacarmalıdır.
- Niyə belə əminsiniz?
- Azərbaycan futbolunu yaxşı tanıyıram. Bilirəm ki, o qədər də güclü deyil. “Qarabağ” Azərbaycanın avrokuboklarda yeganə təmsilçisidir. Digərləri isə artıq mübarizəni dayandırıb. Bu faktın özü çox şey deyir. Lakin futbolda həmişə sürpriz ola bilər. Lakin “Qarabağ” – “Ayntraxt” oyununda bunun olacağına inanmıram.
- “Qarabağ”da aparıcı rollarda braziliyalılardır...
- Mən braziliyalılardan ikisini tanıyıram. Bu komandanın son oyunlarını izləməmişəm. Həm də ki, səviyyəli braziliyalılar Azərbaycanda deyil, Bundesliqa və ya İspaniyada çıxış edər.
- “Qarabağ”ın qapıçısı Miro Varvodiç Bundesliqada oynamış xorvatiyalıdır. “Köln”də oynamış qapıçı Azərbaycan yığmasının sabiq “1 nömrə”si Fərhad Vəliyevi də heyətdən sıxışdırıb...
- Bir az asta olun. Miro “Köln”ün 3-cü qapıçısı idi. Düzdür, xorvatiyalı yaxşı qapıçıdır. Lakin Varvodiç Vəliyevdən yaxşı deyil. Diqqətlə fikir versəniz görərsiniz ki, Miro daim təzyiq altında, gərginlikdədir.
- “Qarabağ” pley-off mərhələsinə nəyin hesabına yüksəlib?
- Ağdam təmsilçisi 4-4-2 sistemi ilə çıxış edir. Onlar hücum futboluna üstünlük verir. “Ayntraxt” Bundesliqada aldığı 2 məğlubiyyətdən sonra qələbə inamını Bakıda qaytara bilər.

0
0