“Qarabağ”a yuxarıdan aşağı baxmaq düzgün olmazdı”
22.08.2013 - 10:10
“Bəzi ekspertlər “Qarabağ”la oyunları “Ayntraxt” üçün asan gəzintiyə bənzədir. Lakin mən bu fikirlə razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun analitiki Marsel Daum deyib.
Frankfurt təmsilçisinin rəsmisi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la bu gün baş tutacaq oyunu ərəfəsində matçla bağlı fikirlərini açıqlayıb: “Rəqibə yuxarıdan aşağı baxmaq düzgün olmazdı. Son illərdə onlar avrokuboklarda 2-3 mərhələ keçir. Bu dəfə isə “Qarabağ” qrupa düşmək iddiasındadır. Rəqibimizin güclü oyun qurucuları var. Braziliyalı Riçard Almeyda çox səviyyəli futbolçudur. “Qarabağ”ın mərkəz müdafiəçisi də çox güclü oyunçudür”.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:00-da başlayacaq.

0
0