“Oyun 3 gün davam etsəydi belə, “Fənər” heç-heçə edə bilməzdi”
22.08.2013 - 10:27
Çempionlar Liqasının pley-off mərhələsində “Arsenal”la (İngiltərə) qarşılaşan “Fənərbaxça”nın biabırçı oyunu Türkiyə təmsilçisinin tərəfdarlarını məyus edib. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmada 0:3 hesabı ilə uduzan, meydanda aciz görünən istanbullular sərt tənqidlərə məruz qalıblar.
Türkiyənin “NTVSpor” telekanalının şərhçisi, vaxtilə futbolçu kimi “Fənərbaxça”nın şərəfini qorumuş Rıdvan Dilmən də sabiq komandasından narazı qalıb.
Ölkəsinin tanınmış şərhçilərindən olan mütəxəssis qələmə aldığı köşə yazısında maraqlı fikirlər açıqlayıb: “Oyun ərzində “Fənərbaxça” ardıcıl 5 dəqiqə yaxşı oynaya bilmədi. Bu qarşılaşma 3 gün, 3 gecə davam etsəydi belə “Fənərbaxça” qalib gəlməzdi. Hətta heç-heçə də edə bilməzdi. Ən pis olanı da budur. Bu ötən mövsüm Avropa Liqasının finalına vəsiqəni son anda əldən verən komandadır”.
Dilmən sabiq komandasının zəif cəhətlərini də vurğulayıb: “Fənərbaxça”ya qarşı pressinq etdikdə komanda təslim olur. Pressinq görəndə ötürmə də verə bilmir. Belə vəziyyətdə uzun ötürmələrdən başqa əlac qalmır. Nəticədə müdafiə ilə hücum arasında məsafə yaranır. Qayıdan topların da hamısı rəqibə düşür. Digər böyük təhlükə isə komandanın “sınması”dır. Mövsümün gedişində uğursuz nəticələr alınanda toparlanmaq mümkündür. Amma mövsümün əvvəlindəki oyunlarda qol buraxandan sonra komandanın özünə gəlməsi nisbətən çətin olur”.

0
0