Yığmamızın futbolçuları üçün “yaşıl işıq”
22.08.2013 - 11:16
Yığmamızın futbolçuları üçün “yaşıl işıq”
Azərbaycan milli komandasının futbolçuları Andrey Popoviçlə Usim Ndukanın Türkiyə çempionatında debütü bu həftə gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, I liqanın ilk turunda “Tavşanlı Linyitspor”un heyətində meydan çıxa bilməyən milliləşən legionerlərimiz “Samsunspor”la qarşılaşmada iştirak etməyə hazırdırlar.

Artıq onların debütünə maneə də qalmayıb. Belə ki, Türkiyə təmsilçisi transfer vərəqi gələn Ndukanın lisenziya məsələsini tam həll edə bilib. Qısa müddətə yığmanın düşərgəsinə gələn Popoviç də artıq baş məşqçi Abdulla Duranın sərəncamındadır.

Qeyd edək ki, “Tavşamlı Linyitspor” “Samsunspor”la avqustun 25-də öz meydanında qarşılaşacaq.