“Xəzər Lənkəran” – “Neftçi” oyunu sabiq FİFA hakiminə tapşırıldı
22.08.2013 - 11:57
“Xəzər Lənkəran” – “Neftçi” oyunu sabiq FİFA hakiminə tapşırıldı
AFFA Topaz Premyer Liqasında IV turun hakim təyinatlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turun maraqla gözlənilən “Böyük oyunu” – “Xəzər Lənkəran” - “Neftçi” matçı sabiq FİFA hakimi Fariz Yusifova tapşırılıb. Digər mərkəzi matçda isə FİFA hakimi Əlyar Ağayev idarəçilik edəcək. Bu 2 oyunda 6 hakim olacaq.

Ötən turda “Qarabağ” – “Xəzər Lənkəran” matçında səhv penalti təyin edən FİFA referisi Rəhim Həsənov isə bu dəfə kənarda qalıb.

23 avqust
19:00. AZAL – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev
Bakı. “AZAL Arena” stadionu

24 avqust
19:00. “Simurq” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov
Bakı. “Şəfa” stadionu

25 avqust
18:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov
Qəbələ. Şəhər stadionu

20:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
Lənkəran. Şəhər stadionu

20:00. “Rəvan” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov
Bakı. “Bayıl Arena” stadionu

Mənbə: pfl.az