FİFA rəsmiləri AFFA-da görüş keçirdi
22.08.2013 - 12:12
FİFA rəsmiləri AFFA-da görüş keçirdi
FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue və Kristian Meçels Bakıya səfər edib. Apasport.az saytının məlumatına görə, səfər proqramı çərçivəsində FİFA rəsmiləri AFFA-nın inzibati binasında assosiasiya nümayəndələri ilə görüş keçiriblər.

Tədbirdə qurumun İT və proqramlaşdırma sahəsində yeni tətbiq etməyə başladığı "Performance" layihəsi ilə bağlı müzakirələr aparılıb, AFFA-nın bu layihədə iştirakı barədə razılıq əldə olunub. FİFA nümayəndələri AFFA-nın İT sahəsində gördüyü işlərlə tanış olublar.

Mənbə: affa.az