“Azərbaycan klubu onun karyerasında təkan olacaq”
22.08.2013 - 12:20
“Azərbaycan klubu onun karyerasında təkan olacaq”
“Rəvan” Vladislav Qədirovun gəlişindən sonra növbəti transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu dəfə Tacikistan yığmasının müdafiəçisi Sahib Savankulovla müqavilə bağlamağa hazırlaşır.

Bunadək Düşənbə “İstiqlal”ının formasını geyinmiş futbolçu “Ravan”la danışıqlar aparmaq üçün Bakıya gəlib.

“İstiqlal”ın prezidenti Şahruh Saidov keçidi belə dəyərləndirib: “Biz Savankulovun transferinə mane olmaq istəməyib, onu “Rəvan”a buraxdıq. Bu futbolçu Tacikistan çempionatı səviyyəsini aşıb. Düşünürəm ki, Azərbaycan klubu onun karyerasında inkişaf üçün təkan olacaq. Güclü çempionatlarda nə qədər çox futbolçumuz olsa da, bu milliyə bir o qədər xeyirdir”.

Qeyd edək ki, 24 yaşlı oyunçu ötən ay AZAL-da baxışda olmuşdu.