2 saatlıq görüşün yekunu: Terim rəsmən Türkiyə millisində!
22.08.2013 - 13:48
Fatih Terimin Türkiyə millisinin baş məşqçisi postuna qayıdışı reallaşır. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssislə “Qalatasaray” klubunun prezidenti Ünal Aysal arasında az öncə keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
Böyük maraqla gözlənilən bu görüşdən sonra Aysal mətbuata açıqlama verib: “Terimə 2014-cü il dünya çempionatının seçmə mərhələsində qalan 4 oyunda yığmamızı çalışdırmağa icazə verdik. İstəsə, may ayınadək federasiyaya hər cür dəstək verə bilər”.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən Abdullah Avçının istefasından sonra bu posta 1 nömrəli namizəd olan Terimi bu gün səhər yeməyinə dəvət edib. “İmperator”la federasiya başçısının söhbəti təxminən 2 saat sürüb. Dəmirörən Aysalla telefon əlaqəsi yaradaq, görüşlə bağlı icazə istəyib və buna müsbət cavab alıb.
TFF prezidentinin Terimə 4 illik müqavilə təklif etdiyi bildirilir. Çalışdırıcının isə buna cavabı belə olub: “Ünal bəylə danışın. Onun verəcəyi razılığa görə mən də qərarımı verəcəyəm”.
Tərəflər görüşdən sonra toplantılara gedib. Belə ki, Terim Aysalla görüşübsə, Dəmirörən vəziyyəti dəyərləndirmək üçün İcraiyyə Komitəsini toplayıb.

0
0