Con Toşak: “Xəzər Lənkəran” çempionata hazır deyil
22.08.2013 - 14:28
“Məşqlərimiz davam edir. Qarşıda bizi çox çətin bir oyunun gözlədiyini dərk edirik. “Neftçi” ilə matçın bu camiə üçün nə qədər önəmli olduğunu bütün komanda anlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının IV turu çərçivəsində baş tutacaq “Neftçi” ilə “Böyük oyun” haqda fikirlərini açıqlayıb: “Futbolçuların məşqlərdə daha da istəklə çalışması, gözlərində olan qələbə istəyi məni sevindirir. Bu oyunda qazanılacaq qələbə bizi “uğursuzluq zolağı”ndan çıxarmaqla yanaşı, komandanın özünə olan inamını da artıracaq. Buna görə də belə imkanı əldən buraxaraq azarkeşləri daha da üzməyi qətiyyən düşünmürük. Komandamız etiraf edim ki, çempionata tam hazır deyil. Qısa toplanış keçirməyimiz, toplanış zamanı bəzi futbolçuların zədələnməsi və ardıcıl səfərlər bizə müəyyən qədər problem yaratdı. İndi qətiyyən məsuliyyətdən qaçmaq olmaz və istənilən halda nəticəyə mən cavabdehlik daşıyıram. Heç kəs deməyəcək Toşak “Real”da çalışıb və filan uğuru qazanıb. Hamı deyəcək ki, Toşak “Makkabi”yə böyük hesabla məğlub olub. Yəni, futbolda son oyuna görə mühakimə olunursan”.
Toşak bildirib ki, bütün komanda qarşıdakı oyunlara daha böyük məsuliyyətlə yanaşmalıdır: “Komandamıza yaxın günlərdə bir neçə futbolçu qatılacaq ki, artıq “transfer pəncərəsi” bağlanandan sonra biləcəyik ki, əlimizdə necə və hansı formada material var. “Qarabağ”la matçın ikinci hissəsində göstərilən oyun şəxsən məni çox ümidləndirdi. Belə düşünürəm ki, qarşıdakı günlərdə komandamız tam istədiyimiz formada olacaq”.
Qeyd edək ki, “Xzəər Lənkəran” – “Neftçi” oyunu avqustun 25-də keçiriləcək.

0
0