“Azərbaycan millisi heç də asan rəqib deyil”
22.08.2013 - 14:39
“Azərbaycan millisi heç də asan rəqib deyil”
Tanınmış rusiyalı mütəxəssis Sergey Andreyev milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “Rostov”in sabiq baş məşqçisi Azərbaycan yığmasını da diqqətdən kənarda qoymayıb.

Belə ki, Sovet futbolunun ən yaxşı hücumçularından biri millisini Bakıda çətin oyun gözlədiyini bildirib: “Baş məşqçimiz Fabio Kapello Şimali İrlandiyaya məğlubiyyətdən müəyyən nəticə çıxartmalıdır. İndi onu unutmalıyıq ki, millimizin 1 oyunu ehtiyatda var. Hazırda hər oyun həlledicidir. Millimizi finişdə Bakıda oyun gözləyir. Qonağı olacağımız Azərbaycan yığması heç də asan rəqib deyil. Fikrimcə, Lüksemburqla hər 2 oyun ruslara elə də problem yaratmayacaq. Ancaq İsraillə matç Fabio Kapellonun komandası üçün həlledici olacaq. Buna görə çox təəssüf ki, biz Belfastda çox vacib 3 xalı itirdik”.