“Qarabağ” - “Ayntraxt” matçına doğru: Start heyəti bəlli oldu
22.08.2013 - 15:31
“Qarabağ”ın Avropa Liqasının son təsnifat mərhələsində bu gün “Ayntraxt”la keçirəcəyi oyuna start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov böyük ehtimalla son görüşlə müqayisədə heyətdə 1 dəyişiklik edəcək. Bu da məcburiyyətdən, braziliyalı sol cinah yarımmüdafiəçisi Reynaldonun zədəli olmağı ilə bağlıdır.
Qurbanov onu makedoniyalı Muaremlə Muraemlə əvəzləyəcək. Hər halda, dünənki məşqdə yarımmüdafiənin sol cinahında məhz onun sınanıldığı göz qabağında idi. Düzdür, çalışdırıcının sərəncamında Vüqar Nadirov da var. Ancaq hələ II təsnifat mərhələsində Polşanın “Pyast” klubu ilə cavab matçında zədələnən millimizin üzvünün artıq xeyli vaxtdır oyun praktikası yoxdur. Qurbanov Nadirovun zədədən sonra tam hazır olmadığını nəzərə alaraq, ikinci hissədə meydana buraxaraq, sürətindən, güclü zərbələrindən istifadə edə bilər.
Qapını yenə Miro Varvodiçə etibar edəcək baş məşqçi müdafiənin mərkəzində Rəşad Sadıqovla Admir Telini, solunda Ansi Aqollini, sağında Maksim Medvedevi oynadacaq. Riçard Almeydanın zədəsini sağaldaraq əsas heyətə qayıtmağı ilə Namiq Yusifov ehtiyata düşəcək. Braziliyalı millimizin üzvü Qara Qarayevlə birgə dayaq yarımmüdafiəçisi olacaq.
Muarem solda oynadığından, Con Leroy yarımmüdafiənin sağ cinahında qalacaq. Daha bir braziliyalı – Çumbinyo isə oyun qurucusu funksiyasını yerinə yetirəcək. Tək hücumçu isə hələ ki Avropa Liqasında yox, çempionatımızda “Qarabağ”ın heyətində qol hesabını açan gürcüstanlı Nikolas Gelaşvili olacaq.

0
0