Qalmaqaldan sonrakı “Böyük oyun”
22.08.2013 - 17:00
Sabah Topaz Premyer Liqasında IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün ərzində keçiriləcək oyunlar arasında ən maraqlısı bazar günü olacaq. Belə ki, mərkəzi qarşılaşmalar bu dəfə əyalətdə - Qəbələ və Lənkəranda baş tutacaq.
Sözsüz ki, hamı daha çox “Xəzər Lənkəran” – “Neftçi” derbisindən danışsa da, əslində, mərkəzi oyun “Qəbələ” – “Qarabağ” matçıdır. Çünki bu 2 komanda turnir cədvəlində liderlər qrupundadı. Neftçi” də ilk “üçlük”də yer alsa da, lənkəranlılar turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Təsadüfi deyil ki, cənub klubunun 3 oyundan sonra hesabında qələbə yoxdu.
Ancaq istənilən halda, bu amil azarkeşlərin “Böyük oyun” kimi tanınan derbiyə marağı azaltmayacaq. Ən azı ona görə ki, komandaların turnir cədvəlində hansı yerlərdə qərarlaşmasından asılı olmayaraq, aradakı prinsipiallıq qalır. Lənkəranlı dönüş nöqtəsinin məhz əzəli rəqiblə oyunun olacağına ümid edirlər. “Neftçi” isə “ağ-yaşıllar”ın hazırkı durumundan yararlanıb, uzun fasilədən sonra Lənkərandan qələbə ilə qayıtmaq əzmindədi.
Komandada baş məşqçi əvəzi olan Tərlan Əhmədovun məşqçilik karyerasında ilk addımı 2009/10 mövsümündə məhz “Xəzər Lənkəran”da atmağı maraqlı məqamdı.
Bu komandalar arasında oyunlar həmişə maraqlı və gərgin keçib. Sonuncu matç isə xoşagəlməz olayla yadda qaldı. Yəni, “Neftçi”nin Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kubokunun finalında oyun sonrası penaltilərlə qalib gəldiyi matçda yaşanan insident uzun müddət müzakirələrə səbəb oldu. Bu üzdən yenidən belə halların yaşanmamağı üçün Lənkəranda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.
Avropa Liqasında çətin sınaq qarşısında olan “Qarabağ”ı almanlarla ilk oyundan sonra Qəbələyə heç də asan olmayan sınaq gözləyir. “Qəbələ” ötən turda “Sumqayıt”a gözlənilməz məğlubiyyətdən sonra bunun əvəzini çıxmağa çalışacaq. Özü də qələbə xallarını ağdamlılarla bərabərləşdirib, onu keçməyinə imkan yaradacaq. Çünki reqlamentə görə, xallar bərabər olanda, ilk növbədə şəxsi oyunlar əsas götürülür. “Qarabağ”ın qalib gələcəyi halda isə “Qəbələ” liderlər qrupundan bir qədər də uzaq düşəcək.
Çempionata “Neftçi”dən adlığı böyük hesablı məğlubiyyətlə başlayan AZAL bundan sonra digər həmşəhərlilərinə qalib gəlməklə, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. İndi ardıcıl 3-cü qələbə “təyyarəçilər”ə liderlər qrupunda qərarlaşmağa imkan verəcək.
“Simurq” Zaqataladakı stadionunun qazonunda hələ də yenidənqurma işləri getdiyinə görə rəqiblərini doğma məkanda qəbul edə bilmir. Bu dəfə ev oyununu ona görə Qəbələdə keçirmək mümkün olmayacaq ki, “Qəbələ”nin öz meydanında matçı var.
“Simurq”la “Bakı”nın turnir cədvəlində qonşu olmağı isə oyuna əlavə rəng qatır.
İlk baxışdan nə qədər qəribə görünsə də, “Rəvan” – “İnter” oyununu autsayderlərin dueli kimi qələmə verməliyik. Çünki hələlik xalsız olan komandalar məhz bunlardır. “İnter” ötən çempionatının bürünc medalçısı olsa da, hələ 1 xal belə qazana bilməyib. Halbuki, hər 3 oyunda hesabı açan tərəf olsa da, sonradan buraxdığı qollarla meydanı məğlub tərk edib. İstənilən halda, komandalardan ən azı biri xal hesabını açacaq. “Rəvan”ın daha zəif olduğunu nəzərə alsaq, “İnter”in ilk qələbəsini qazanacağı realdır.
23 avqust
19:00. AZAL – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev
Bakı. “AZAL Arena” stadionu
24 avqust
19:00. “Simurq” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov
Bakı. “Şəfa” stadionu
25 avqust
18:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov
Qəbələ. Şəhər stadionu
20:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
Lənkəran. Şəhər stadionu
20:00. “Rəvan” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov
Bakı. “Bayıl Arena” stadionu

0
0