Milinko Pantiç: Onu artıq unutmuşuq
22.08.2013 - 17:26
Milinko Pantiç: Onu artıq unutmuşuq
“Bakı” Topaz Premyer Liqasının növbəti turuna hazırlıqlarını bu gün davam etdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, avqustun 24-də “Simurq”la səfər matçına çıxacaq bakılılar baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən hazırlıq keçirib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Müdafiəçilər - Elvin Әliyev və Aqil Nabiyev məşqdə iştirak etməyib. Digər futbolçulardan Şəhriyar Әlıyev, Junior və Rauf Əliyev komandadan ayrı çalışıblar.

"Simurq"la oyunla bağlı fikirlərini açıqlayan serbiyalı mütəxəssis "Rəvan"a 5:0 hesabı ilə qalib gəldikləri oyunu artıq unutduqlarını bildirib: “Qarşıda bizi çox güclü rəqib gözləyir. "Simurq" 90 dəqiqə meydanda oynayan komandalardandır. Buna baxmayaraq, bizim əsas məqsədimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, "Simurq" - "Bakı" matçı saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.