AZAL evdə sevindi
22.08.2013 - 19:07
AZAL evdə sevindi
Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında ölkə birinciliyinin IV turuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Ötən tur səfərdə “İnter”ə böyük hesabla (7:0) məğlub olan AZAL evdə “Sumqayıt”ı qəbul edib. Oyun ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 2:1.

AZAL - “Sumqayıt” – 2:
QOL: Ruslan Həsənov, 38 (pen.), Rəsul Babazadə, 90+3 - Ramil Orucov, 67.