PSJ Tiaqo Silva ilə müqavilə yenilədi
22.08.2013 - 19:40
PSJ Tiaqo Silva ilə müqavilə yenilədi
PSJ braziliyalı futbolçusu Tiaqo Silva ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin 2017-ci ildə bitəcək müqaviləsi bir il daha uzadılıb.

Beləliklə “Barselona”nın da transfer hədəfində olan Silva klubunn sadiq qalıb və 2018-ci ilə qədər Paris təmsilçisinin şərəfini qorumaq üçün rəsmi sənədə imza atıb.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Silva 2012-ci ildə “Milan”dan PSJ-yə transfer olunmuşdu.