Ferdinand: “Çelsi”ni ciddi rəqib hesab etmirəm
22.08.2013 - 21:04
Ferdinand: “Çelsi”ni ciddi rəqib hesab etmirəm
“Mançester Yunayted” klubunun futbolçusu Rio Ferdinand İngiltərə Permyer Liqasındakı əzəli rəqibləri ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi Premyer Liqanın II turundakı rəqibləri “Çelsi” haqqında iddialı sözlər deyib.

Ferdinand “zadəganlar”ı ciddi rəqib hesab etmədiyini bildirib: “Çelsi” ilə görüşlərimizi güclü oyunlar hesab etmirəm. “Liverpul” və “Mançester Siti” ilə oyunlarımız “Çelsi” ilə görüşlərdən daha önəmlidir. Bu sıradan bir qarşılaşmadır və yeni mövsümdə ilk dəfə azarkeşlərimiz qarşısına çıxacağımız günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Mançester Yunayted” ötən tur səfərdə “Suonsi”ni 4:1 hesabı ilə məğlub etmişdi.