Qurban Qurbanov belə şey görməmişdi
22.08.2013 - 23:24
Qurban Qurbanov belə şey görməmişdi
Qurban Qurbanov baş məşqçi karyerasında görmədiyi halla üzləşib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis karyerasında ilk dəfə avrokubok oyununda evdə 2 top fərqli məğlubiyyət görüb.

Belə ki, “Qarabağ”ın qırılan daha bir seriyası isə Qurbanovun rəhbərliyi altında ilk dəfə öz meydanında 1-dən artıq top fərqilə uduzması olub. Evdə 1-dən artıq top fərqi isə sonuncu dəfə 14 il əvvəl qeydə alınıb. 1999-cu il iyulun 4-də Fransa “Monpelye”si Bakıda “Qarabağ”ın qapısına 3 cavabsız qol vurub. Bu hadisədən 5163 gün sonra təmsilçimiz öz meydanında 1-dən artıq top fərqinə üzüldü. “Ayntraxt”dan əvvəlki 15 qarşılaşmada bunu bacaran olmamışdı.

Ümumiyyətlə “Qarabağ”a qədər yalnız “Neftçi”ni avrokubok oyununa çıxaran Qurbanov baş məşqçi kimi heç vaxt qitə miqyaslı turnirlərdə öz meydanımızda 2 qol fərqinə üzülməmişdi. Bu postda avrokuboklarda yeganə ev yenilgisi “Borussiya”dan olan mütəxəssis ilk məğlubiyyətini 1, indiki - ikincini 2 top fərqi ilə alıb. Məğlubiyyətlərin hər ikisi də Almaniya klublarından alınıb. Paytaxt təmsilçisində 1, “Qarabağ”da əvvəlki 13 ev iyununda 1-dən çox top fərqilə uduzulmasını görməyən mütəxəssis 15-ci ev matçında bunu da gördü.