“Ayntraxt”dan 6 yubilyara “hədiyyə”
22.08.2013 - 23:31
“Ayntraxt”dan 6 yubilyara “hədiyyə”
Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə oyun “Qarabağ”ın bəzi futbolçuları üçün yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 4 futbolçusu avrokuboklarda, 4-ü 2009-cu ilədək UEFA kuboku adlanan Avropa Liqasında yubiley matçını keçirib.

8 yubiley 6 futbolçunun hesabındadır. Belə ki, oyunçulardan 2-si həm avrokuboklarda, həm də indiki turnirdə yubiley qeyd edib. Avrokuboklardakı bütün oyunları eyni yarışa təsadüf edənlərdən Namiq Yusifov 25-ci, Cumbinyo 5-ci matçına çıxıb.

Avrokuboklarda 40-cı matçında Admir Teli və 15-ci qarşılaşmasını keçirən Muarem Muarem isə bütün turnirlərdə yubiley matçını keçirdi. Rəşad Sadıqov 30-cu, Ansi Aqolli 20-ci indi oynadığı yarışda yubiley matçına çıxdı.

Qeyd edək ki, Frankfurt təmsilçisi 2:0 hesablı səfər qələbəsi ilə “Qarabağ”ın üzvlərinin yubileyini korlayıb.