10-cu məğlubiyyət, 40-cı qol
23.08.2013 - 00:01
“Qarabağ” üçün Almaniyanın “Ayntraxt” klubu ilə oyun 2009-cu ilədək UEFA kuboku, son 4 ildə Avropa Liqası adlanan yarışın tarixində 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi ilə görüşəcək bu turnirdə 9 dəfə uduzan komandamız yubiley – 10-cu məğlubiyyətini alıb.
Əvvəllər qitənin 3-cü, indisə 2-ci dərəcəli klub turnirində digər Azərbaycan klubları ilə müqayisədə daha çox – 33 matça çıxan “Qarabağ”ın hesabında 15 qələbə, 8 heç-heçə və 38 qol da var. Son matçadək buraxılan qolların da sayı 38 idi. Lakin 2 cavabsız qol vuran “Ayntraxt” həm bu tarazlığı pozdu, həm də ağdamlıların Avropa Liqasında (UEFA kuboku) 40-cı qolu buraxmasını rəsmiləşdirdi. Yubiley qolunu dubla imza atan Aleksandr Meyer vurdu.

0
0