Hafiz Məmmədov Pelenin DÇ-də oynadığı topu hədiyyə etdi - FOTO
23.08.2013 - 02:18
Hafiz Məmmədov Pelenin DÇ-də oynadığı topu hədiyyə etdi - FOTO
İspaniya Superkubokunun ilk matçı çərçivəsində keçirilən “Atletiko” – “Barselona” oyununu “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov və Azərbaycan futbolunun tanınmış veteranları Anatoliy Ponomaryov və İsgəndər Cavadov canlı izləyiblər. Apasport.az saytının məlumatına görə, oyundan əvvəl Hafiz Məmmədov “Atletiko”-nun rəhbəri Miqel Anhel Gile top hədiyə edib.

Bu futbol kralı sayılan Braziliya millisinin sabiq üzvü Pelenin Dünya Çempionatında oynadığı topdur.

Xatırladaq ki, “Atletiko” – “Barselona” matçında 1-1 hesablı heçheçə qeydə alınmışdır.

Mənbə: fcbaku.com