Reynaldo Silvaya Avropada ilk “onluq”da yer tapılmadı
23.08.2013 - 09:24
Reynaldo Silvaya Avropada ilk “onluq”da yer tapılmadı
Avropa Liqasının ən yaxşı sərrast futbolçularının növbəti siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, IV təsnifat mərhələsinin ilk oyunlarından sonra açıqlanan ilk “10-luq”da artıq Azərbaycan təmsilçisi yoxdur.

Belə ki, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silva hazırda 12-ci pillədə qərarlaşıb. Almaniyanın “Ayntraxt” klubuna Bakıda 0:2 hesabı ilə uduzduğumuz ilk oyunu zədə üzündən kənardan izləməli olan legioner 4 qol vuranlar arasında yer alıb.

Həm Bakıdakı nəticəni, həm də Silvanın Almaniyada cavab matçında oynamağının sual altında nəzərə alsaq, yenidən “10-luq”da yer almağı çətin görünür. Bununla da 501 dəqiqəyə 4 qol vuran braziliyalını digər futbolçuların da qabaqlayacağı, özünün isə siyahıda daha da geriləcəyini dmeək olar.


1-2.Ömər Ər Rafiq (“Differdanj”, Lüksemburq), Georgi Qrozav (“Petrolul”, Rumıniya) – 6
3-6. Ömər Damari (“Hapoel”, Təl-Əviv, İsrail), Rayo (“Makkabi”, Hayfa, İsrail), Paulo Enrike (“Trabzonspor”, Türkiyə), Marko Payxao (“Şlensk”, Polşa) - 5
7-13. Yakob Mulenqa (“Utrext”, Hollandiya), Leon Benko (“Rieka”, Xorvatiya), Valdemar Sobota (“Şlensk”, Polşa), Yose Rondon (“Rubin”, Rusiya), Peter Şkuleytiç (“Voyvodina”, Serbiya), Reynaldo Silva (“Qarabağ”, Azərbaycan), Tomas Maytan (“Jilina”, Slovakiya) – hamısı 4

Qeyd edək ki, Reynaldo bütün təsnifat mərhələlərinin ilk oyunlarında və İsveçin “Gefle” klubu ilə cavab matçında fərqlənib.