“Ayntraxt”ın futbolçusu: Afərin, uşaqlar
23.08.2013 - 09:56
“Ayntraxt”ın futbolçusu Sebastyan Yunq komandasını Avropa Liqasının son təsnifat mərhələsində “Qarabağ”la ilk oyunda qazandığı 2:0 hesablı qələbə münasibətilə təbrik edib. Apasport.az saytının məlumatına görə, zədə üzündən Bakıya gətirilməyən müdafiəçi sevincini Twitter sosial şəbəkəsindəki səhifəsində bölüşüb.
Lakonik olan Sebastyan evdən Bakıdakı komanda yoldaşlarına “Afərin, uşaqlar” sözlərini çatdırıb.
Qeyd edək ki, Yunq vətər bağlarını zədələdiyinə görə oynamır.
Lakonik olan Sebastyan evdən Bakıdakı komanda yoldaşlarına “Afərin, uşaqlar” sözlərini çatdırıb.
Qeyd edək ki, Yunq vətər bağlarını zədələdiyinə görə oynamır.
0
0