“Brondbü”dən “Qarabağ”adək
23.08.2013 - 10:44
“Ayntraxt” Avropada 2534 gündən sonra qələbəni Bakıda qazanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının son təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gələn almanlar sonuncu dəfə buna 7 il öncə nail olmuşdular.
Maraqlıdır ki, komanda həmin vaxt da avqustda, turnirin son təsnifat mərhələsinin ilk oyununda qələbəyə sevinmişdi. Sadəcə, fərq ondadır ki, 2006-cı ilin avqustun 14-də Danimarkanın “Brondbü” klubu üzərində 4:0 hesablı qələbə evdə əldə edilmişdi və həmin vaxt yarış UEFA kuboku adlanırdı.
Cavab matçında 2:2 hesablı heç-heçə ilə qrupa düşən “Ayntraxt” orada keçirdiyi 4 oyunun heç birində qalib gələ bilmədi. Rəqiblər isə İtaliyanın “Palermo”, İspaniyanın “Selta”, İngiltərənin “Nyukasl” və Türkiyənin “Fənərbaxça” klubu idi.
Frankfurt təmsilçisi Avropada sonuncu oyununu isə İstanbulda keçirmişdi. Bu, dekabrın 13-də “Fənərbaxça” ilə 2:2 hesablı bərabərliyə qaldığı matç idi. Yəni 2443 gündən sonra UEFA bayrağı altında matça çıxan almanlar bunu paytaxtımızda qeyd etdi.

0
0