“Ayntraxt”ın futbolçusu: Cavab matçında heç nə olmayacaq
23.08.2013 - 11:16
“Artıq bir ayağımız Avropa Liqasının qrupundadır. Bəlkə də daha çox”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Sebastyan Rode deyib.
Frankfurt təmsilçisinin 23 yaşlı mərkəz yarımmüdafiəçisi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıdakı qarşılaşması haqda fikirlərini açıqlayıb.
Qısa danışmağa üstünlük verən Rode start heyətində yer aldığı “Ayntraxt”ın 2:0 hesablı qələbə ilə cütün taleyini indidən həll etdiyini düşünür: “Deyərdim ki, cütün taleyi artıq ilk oyunda həll olunub. Frankfurtdakı cavab matçında heç nə baş verəsi deyil. Böyük ehtimalla elə belə də olacaq. Komandamızı artıq qrupda görürəm”.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında cavab oyunu avqustun 29-da Frankfurtun “Kommersbank Arena” stadionunda keçiriləcək.

0
0