Qara Qarayev: Biz də qrupa düşmək istəyirik, ancaq alınmır
23.08.2013 - 11:56
“Meydana qələbə əzmi ilə çıxmışdıq. Ancaq istədiyimiz nəticəni qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının IV təsnifat mərhələsində “Ayntraxt”a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
O bildirib ki, komandasının bu matçda özünə bənzəməməyi yorğunluqla bağlı deyildi: “Özünüz də gördünüz ki, meydançanın vəziyyəti pis, rəqib isə çox güclü idi. Almaniyalı futbolçuların fərdi ustalığı çox yüksək səviyyədə idi. Necə qollar vurdular. Həm meydança, həm də onların ustalıq səviyyəsi nəticəyə təsir göstərdi”.
Millimizin də üzvü olan yarımmüdafiəçi artıq təslim olmadıqlarını və avqustun 29-da səfərdəki cavab matçında sona kimi oynayacaqlarını bildirib: “İnşallah, Almaniyaya oynamağa, vuruşmağa gedəcəyik. Artıq indidən uduzmamışıq. “Qəbələ” ilə oyunumuzun təxirə salınıb-salınmamağını baş məşqçimiz deyə bilər. Futbolçuyuq, işimiz budur - oynamaq. Yavaş-yavaş belə sıx oyun qrafiklərinə öyrəşməliyik. Biz də istəyirik ki, qrupa düşək, ancaq alınmır. Bizə son təsnifat mərhələsində rəqiblər Avropanın yaxşı komandaları düşür. Sonda məğlub olsaq, fikrimizi çempion olmağa yönəldəcəyik”.

0
0