“Qarabağ”a qarşı arxayın oynaya bilərik”
23.08.2013 - 12:12
“Qarabağ”a qalib gəlməklə sübut etdik ki, daha yaxşı oynamağı bacarırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun braziliyalı futbolçusu Anderson Bamba deyib.
Cənubi amerikalı müdafiəçi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu haqda fikirlərini açıqlayıb.
Frankfurt təmsilçisinin legioneri səfərdə əldə olunan 2:0 hesablı qələbəyə baxmayaraq, cavab matçında da eyni tərzdə oynamaqlarını zəruri sayır: “Belə nəticədən sonra gələn həftə doğma azarkeşlərimiz önündə arxayın oynaya bilərik. Evdə də Bakıdakı kimi oynasaq qrup mərhələsinə yüksələcəyik. Avropa Liqasının qrupuna düşmək isə bizim üçün cari mövsümün əsas vəzifəsidir. Biz də bunun öhdəsindən gəlməyə hazırıq”.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Ayntraxt” ölkəmizə səfərədək Bundesliqada keçirdiyi hər 2 görüşdə uduzmuşdu.

0
0