“Ayntraxt” rəsmisi: Bəzi futbolçularımız mat qalmışdılar
23.08.2013 - 12:34
“Bakıda qalib gəlmək bizə çox vacib idi. Bu qarşılaşmada həm ağıl, həm də ürəklə oynayıb istəyimizə nail olduq. Üstünlüyümüzü məhz belə oynamağın sayəsində hesabda əks etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun idman direktoru Bruno Hübner deyib.
Klub rəsmisi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb.
Hübner Frankfurt təmsilçisinin 2:0 hesablı qələbəsinin mərhələ keçmək üçün yetərli olduğunu düşünür: “Hesabda irəlidə olduğumuzdan ikinci hissədə bir azca sakitləşən kimi stadiondakı publika sanki yuxudan ayıldı. Rəqib də gözlənilmədən üstünlüyü ələ aldı. Belə atmosferə bəzi futbolçularımız da mat qalmışdı. Lakin Aleksandr Meyerin vurduğu 2-ci qol qrup mərhələsinin qapılarını üzümüzə açdı. Biz onu belə anlardakı oyununa görə qiymətləndiririk”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçının taleyini hər hissədə 1 qol vuran Aleksandr Meyer həll edib.

0
0