“Gəlin, həqiqəti etiraf edək: cavab oyunu üçün heç bir təhlükə yoxdur”
23.08.2013 - 12:55
“Gəlin, həqiqəti etiraf edək: cavab oyunu üçün heç bir təhlükə yoxdur”
“Qarabağ” üzərində qələbə qazandığımız üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun İdarə Heyətinin sədri Heribert Brukhagen deyib.

Frankfurt təmsilçisinin rəhbəri Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. Brukhagen avqustun 29-da baş tutacaq oyunun formallıq olduğunu düşünür: “Düşünürəm ki, artıq “Ayntraxt” qrup mərhələsindədir. Gəlin, həqiqəti etiraf edək: cavab oyunu üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, “Qarabağ” “Ayntraxt”la ev oyununda 0:2 hesabı ilə uduzub.