Kevin Trapp: “Qarabağ”la matçda gözümə lazer şüaları düşürdü
23.08.2013 - 15:49
“Bakıda qazandığımız qələbə ilə özümüzə inamı artırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Ayntraxt”ın qapıçısı Kevin Trapp deyib. Avropa Liqasının son təsnifat mərhələsində “Qarabağ”a Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən ingiltərəli legioner çempionatda ilk 2 oyunda məğlubiyyətlərdən sonra nəticə qazandıqlarına görə sevinir.
Artıq etimadı doğrultduqlarını deyən Kevinin sözlərinə görə, ağdamlılarla oyunda tribunalardan gözünə lazer şüalarının düşdüyünü bildirib: “Bu, xoş deyil. Ancaq belə şeylər mənim üçün boş şeydir. Mən gözümə işıq düşməsin deyə, bir neçə dəfə kənara çəkilməyə cəhd etdim. Ancaq cərimə meydanı zərbəsi mənim sadəcə, bəxtim gətirdi. Gözümə işıq düşdüyündən, mən heç nə görmürdüm”.

0
0