Millimiz Türkiyə Superliqasından daha bir futbolçuya təklif göndərib
23.08.2013 - 16:10
Azərbaycan yığmasında daha bir milliləşdirilən türkiyəli futbolçu yer ala bilər. Apasport.az saytının məlumatına görə, “Çaykur Rizəspor”un hücumameylli yarımmüdafiəçisi Sərcan Kaya Türkiyə mətbuatına açıqlamasında millimizdən təklif aldığını bildirib.
Superliqada çıxış edən 25 yaşlı futbolçunun sözlərinə görə, əsas yığmada oynamağa hədəfə almaq onun üçün hələ tezdir: “Daha çox şeylər etmək məcburiyyətindəyəm. Səviyyəmi artırmağım lazımdır. Ancaq Azərbaycanın əsas yığması ilə bağlı mənə bəzi təkliflər gəldi. Bir neçə nəfər mənin əlaqəyə girərək, “Azərbaycanın əsas yığmasının formasını geyərsənmi?” deyə soruşub. Namizəd siyahıya dəvət olundum. Bu mövzuda da dərhal cavab verən deyiləm. Bizim üçün xeyirlisi nədirsə, o da olsun”.
Karyerasına yetirməsi olduğu “Bucaspor”da 2007-ci ildən başlayan Sərcan daha sonra “Trabzonspor”da oynayıb. “1461 Trabzon”da icarədə olan Kaya 2012-ci ildən şərəfini qoruduğu Rizə təmsilçisində 26 oyunda 15 qol vurub. O, Türkiyənin 20 yaşlılardan ibarət yığmasında 2 matç keçirib.
Qeyd edək ki, Superliqada oynayan yığmamızın milliləşdirilən türkiyəli futbolçulardan müdafiəçi Ufuk Budak “Əskişəhərspor”, hücumçu Cihan Özkara “Sivasspor”da yer alıb.

0
0