Pelleqrini: Kapitanımız 1 ay oynaya bilməyəcək
23.08.2013 - 23:01
“Mançester Siti”nin futbolçusu Vinset Kompani ən az 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Manuel Pelleqrini məlumat verib.
Mətbuata belçikalı müdafiəçinin hazırkı burumu ilə bağlı açıqlama verən təcrübəli mütəxəssis bu sözləri deyib: “Həkimlərin son fikirlərini hələ öyrənməmişik. Amma İlkin tibbi müayinədən sonra onun ən azı 1 ay futbol oynaya bilməyəcəyini deyiblər. Ümid edirəm ki, ən qısa vaxtda onunla bağlı yaxşı xəbər alarıq”.
Qeyd edək ki, “Mançester Siti”nin kapitanı olan Kompani ötən turdakı “Nyukasl” oyununda zədələnmişdi.

0
0