“Çelsi”dən 37 milyon avroluq təklif
23.08.2013 - 23:51
"Anji" klubunun futbolçusu Villian karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Çelsi” braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Belə ki, İngiltərənin digər təmsilçisi “Tottenhem” 25 yaşlı futbolçunun klubu “Anji” ilə 35 milyon avroya anlaşıb. Amma “Çelsi”nin 37 milyon avroluq təklifi rus klubunu və futbolçunu çaş-baş salıb. İndi Villanın hansı təklifi qəbul edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Villan ötən mövsüm qış transfer pəncərəsi dönəmində "Şaxtyor" (Donetsk) klubundan "Anji"yə keçmişdi.

0
0