Millimizdən minimal hesablı məğlubiyyət
24.08.2013 - 00:16
Millimizdən minimal hesablı məğlubiyyət
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ötən gün ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşıb.

Yığmamız bu oyunda rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Belarus komandasını 1:0 hesabı ilə məğlub etmişdi.