“Monako” evdə büdrədi
24.08.2013 - 01:14
“Monako” evdə büdrədi
Futbol üzrə Fransa çempionatında III tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 1 görüş baş tutub.

Turun açılış qarşılaşmasında səviyyəli transferlərlə diqqət mərkəzində olan "Monako" doğma meydanda "Tuluza" ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər nə qədər çalışsalar da, hesabı aça bilməyiblər və meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

Qeyd edək ki, III turun oyunları bu gün keçiriləcək 6 qarşılaşma ilə davam edəcək.



Fransa, Liqa 1
III tur

23 avqust



"Monako" - “Tuluza” - 0:0