“Böyük oyun”a böyük hazırlıq
24.08.2013 - 01:41
“Böyük oyun”a böyük hazırlıq
Premyer Liqanın IV turu çərçivəsində sabah,avqustun 25-də “Fırtınalar meydanı”nda keçiriləcək “Böyük oyun”una ən yüksək səviyyədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” dünən saat 18:00-da stadionun yardımçı meydançasında növbəti məşqinə çıxıb. Apasport.az xəbər verir ki, bu məşq Con Toşakın baş məşqçiliyində komandanın ifasında indiyə qədər izlənilən ən qeyri adi hazırlıq prossesi olub.

Belə ki, uelsli çalışdırıcı komandanın əvvəlcə iki qrupa bölüb. Bir qrup Emin Quliyevin rəhbərliyində kiçik ölçülü qapılarda iki tərəli oyun keçirib. Məğlub olanlar yerdə çəkinməklə cəzaya məruz qalıblar. Qalib gələnlər isə Toşakın rəhbərliyində iki hücumçu və iki müdafiəçi sistemi ilə məşq edənlər arasında daha yaxşı nəticə göstərənlərlə qarşılaşıblar. Həm iki tərəfli oyunda həm də ikili müdafiəçi və ikili hücumçu sistemində özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçular isə ardıcıl fiziki hərəkətləri yerinə yetirməli olublar. Bu zaman bütün futbolçular həmin halqadan keçərək hamı eyni səviyyədə fiziki yüklənməyə məruz qalsalar da bu məşqin gedişi zamanı həvəslə çalışan futbolçuların hərəkətlərində hiss olunmurdu.

Con Toşak eyni zamanda sürətli əks hücumlarda orta sahə oyunçularının meydanda düzgün mövqe tutmalarına, həmçinin yaxın məsafədən təktoxunuşlu və uzaq məsafələrə dioqanal ötürmələr üzərində çalışmalara və cinahlardan hücumların qurulmasına da çoxlu yer ayırmışdı. Hücum xətti isə ayrılıqda Toşakın tapşırıqları əsasında gözlənilməz keçidlər, cinahlardan gələn hava toplarının və yerlə ötürmələrinə müdafiəçilərin arxasından anidən çıxaraq topa toxunmaları üzərində özəl məşqi keçirdilər. Kollektiv hücum və eyni qaydada da müdafiəni futbolçuların ifasında görmək istədiyini tez-tez deyən baş məşqçi, hücumlar zamanı oyun sisteminin dəyişməsinin strukturunu yetirmələrinə anlatmağa çalışırdı. Eyni ilə də bu sistemin müdafiəyə çəkilərkən tətbiqini də əyani göstərirdi. Ümumilikdə bu məşqə belə qiymət vermək olar ki, Con Toşak “Xəzər Lənkəran”a gələndən bəri hələ belə hazırlıq keçməmişdi.

Mənbə: 12cioyuncu. info