“Fənərbaxça”nın sabiq forvardı 4-cü divizionda
24.08.2013 - 05:56
“Fənərbaxça”nın sabiq forvardı 4-cü divizionda
“Fənərbaxça” və Türkiyə millisinin sabiq hücumçusu Serhat Akın futbolçu karyerasını Almaniya dördüncü divizionunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu “BAK 07” klubuna transfer olunub.

Akın yeni klubu ilə 1 illik rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, Serhat Akın 2000-ci ildən 2005-ə qədər “Fənərbaxça”da çıxış etmiş və 125 oyunda 41 qol vurmuşdu.