“Qarabağ” üçün Qəbələdə ilk və son məşq
24.08.2013 - 11:46
“Qarabağ” üçün Qəbələdə ilk və son məşq
“Qarabağ” bu gün Bakını tərk edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının IV turunda “Qəbələ”nin qonağı olacaq komanda eyniadlı rayona yollanır.

2 gün öncə Avroliqanın pley-off mərhələsində “Ayntraxt”la qarşılaşan Ağdam təmsilçisi dünən istirahət edib. Nəticədə “Qarabağ” “Qəbələ”yə çatdıqdan sonra oyundan öncə ilk və sonuncu məşqinə çıxacaq.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu avqustun 25-də saat 18:00-da keçiriləcək.