“Xəzər Lənkəran” “Neftçi” ilə matç saatını gözləyir - FOTOSESSİYA
24.08.2013 - 12:44
Sabah Topaz Premyer Liqasının IV turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” matçı öncəsi son məşqinə çıxıb. Apasport.az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, ehtiyat meydanda baş tutan hazırlıq saat yarım sürüb və futbolçular taktiki çalışmalar və ev tapşırıqları üzərində hazırlığı başa vurublar.
Yüngül zədəli oyunçuları nəzərə alınmasa, komandada ciddi zədəsi olan futbolçu yoxdur və “Xəzər Lənkəran” qələbə əhval-ruhiyyəsi ilə matç saatını gözləyir.
Yüngül zədəli oyunçuları nəzərə alınmasa, komandada ciddi zədəsi olan futbolçu yoxdur və “Xəzər Lənkəran” qələbə əhval-ruhiyyəsi ilə matç saatını gözləyir.
0
0