“Rəvan” bəyənmədi, Almaniya klubu müqavilə bağladı
24.08.2013 - 16:47
“Rəvan” bəyənmədi, Almaniya klubu müqavilə bağladı
“Rəvan”ın bəyənmədiyi Yovan Vidoviç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, sloveniyalı mərkəz müdafiəçisi karyerasını Almaniyada davam etdirəcək. O, III Bundesliqada mübarizə aparan “Vehen”lə danışıqları müsbət yekunlaşdırıb və 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, ötən ay “Rəvan”ın düşərgəsində olan və müqavilə bağlanılacağı gözlənilən Vidoviç Serbiyanın “Donyi Srem” klubu ilə yoxlama matçında (0:2) verdiyi kobud səhvlərə görə geri göndərilmişdi.