“Xəzər Lənkəran” 2 bombanı birdən partladır
24.08.2013 - 17:03
“Xəzər Lənkəran” 2 bombanı birdən partladır
“Xəzər Lənkəran” “transfer pəncərəsi”nin bağlanmasına az qalmış heyətinə 2 əcnəbi futbolçu qata bilər. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” braziliyalı hücumameylli yarımmüdafiəçi Devid Sakkoni ilə yanaşı, İspaniya Primerosunda oynamış Edu Oriol Grasiya ilə anlaşmağa yaxındı.

Karyerasına “Pobla Mafumet”də başlayan Edu sonradan “Sant Andreu” və “Barselona B” klublarında da forma geyinib. Son iki ilini Saraqosa “Real”ında keçirən futbolçu La Liqada 39 çempionat və 6 kubok oyununda meydana çıxıb. Hücuma meyilli cinah yarımmüdafiəçisi “Saraqosa”nın heyətində iki dəfə fərqlənib (12-ci oyuncu.info). Avqustun 9-da qarşılıqlı anlaşmayla saraqosalılarla rəsmən yollarını ayırıb və azad agent statusuna yiyələnib.

Yazıda təqdim olunan şəkildə, 2010-cu ilin avqustun 4-də “Barselona” klubunun Cənubi Koreyada keçirdiyi yoldaşlıq oyununda növbəti qolunu vuran Messi komanda yoldaşı Eduard Orioldan (Edu həmin illərdə “Barselona” klubuna məxsus idi) təbriklərini qəbul edir. Edu həmin qarşılaşmada katalonların əsas heyətində meydana çıxmışdı.