Terimin ən unudulmaz 5 anı
24.08.2013 - 17:47
Türkiyə yığmasının baş məşqçisi Abdulla Avcı uğursuz çıxışlardan sonra istefaya göndərildi. Apasport.az saytının xəbərinə görə, uzun müzakirələrdən sonra isə türk futbol tarixinin ən yaxşı çalışdırıcısı hesab olunan Fatih Terim həm "Qalatasaray"ı, həm də millini paralel şəkildə çalışdırmağa razılıq verdi.
Ən azından mayadək olan 5 oyunda mütəxəssis təmənnasız şəkildə "ay-ulduzlular"a rəhbərlik edəcək. Amma bu, Terimin ilk yığma təcrübəsi olmayacaq. Çünki Fatih bəy 2 ayrı əsrdə milli komandanı çalışdırıb. 1993-96 və 2005-09-cu illərdə mütəxəssis "qırmızı-ağlar"ı uğura daşımağa çalışıb. Odur ki, yenidən onun ustalığına bel bağlayan Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın başında olsa belə, Ünal Aysaldan icazə alaraq Terimi işbaşına gətirdi. "İmperator" ləqəbli mütəxəssisin Türkiyə yığmasında ən yadda qalan 5 anını yada salırıq.
1. 1995-ci il İsveçlə matç
Avro-1996-nın seçmə mərhələsində qrupun son matçı idi. "Ay-ulduzlular" Stokholmun "Rasunda" arenasında İsveç millisinə qarşı oyun keçirirdi. Türkiyə oyundan bərabərlik və ya qələbə ilə ayrılacağı təqdirdə qrupdan çıxacaqdı. Amma İsveç 2 top fərqi ilə qalib gələrsə, İngiltərə biletini alacaqdı. Matça sürətli başlayan tərəf İsveç oldu və Aleksanderson ilə Pettersonun qollarıyla 2:0 önə keçdi. Qardaş ölkənin yığması son yarım saata geridə girsə də, 62-ci dəqiqədə Hakan Şükür, 10 dəqiqə sonra isə Ərtuğrul Sağlamın qollarıyla hesabı bərabərləşdirdi. Beləcə Terim Türkiyəni Avropa çempionatına aparan ilk mütəxəssis kimi tarixə düşdü.
2. Afina fatehi
Avro-2008-in seçmə mərhələsi çərçivəsində C qrupunun matçı keçirilirdi. Geridə qalan 3 matçdan sonra Türkiyə və Yunanıstan yığmaları maksimum nəticə göstərmişdi. Aktivində 9 xalı olan hər iki komanda zirvənin şəriki idi. Bu dəfəki qarşılaşma isə məhz qonşu ölkələr arasında idi. Qalib gələn tərəf şəriksiz lider olacaqdı. Afinada keçirilən matçda yunanların ev üstünlüyü olsa da, necə deyərlər Fatih Afinanı fəth etdi. Rəqib Sotirios Kirqiakosun 6-cı dəqiqədə vurduğu qolla önə keçsə də, Terimin yetirmələri Tuncay Şanlının fərqlənməsi nəticəsində fasiləyə bərabərliklə yollandı. İkinci hissədə isə əsl şou var idi. 55, 70 və 81-ci dəqiqələrdə müvafiq olaraq Gökhan Gönül, Tümer Metin və Gökdəniz Qaradəniz toru silkələyərək "ay-ulduzlular"a 4:1 hesablı qələbə qazandırdı. Qeyd edək ki, Türkiyə yığması həmin seçmələrdə də qrup ikincisi kimi finallara vəsiqə almağı bacarmışdı.
3. İsveçrə faciəsi
2005-ci ilin noyabrında Türkiyə DÇ-2006-ya vəsiqə almaq üçün önündəki son maneə - İsveçrəni məğlub etməli idi. Müvafiq olaraq 2-ci və 4-cü qrupları 2-ci pillədə tamamlamış Türkiyə və İsveçrə pley-off mərhələsində qarşılaşırdı. Qonşu ölkə ilk matçda səfərdə 0:2 məğlub olmasına baxmayaraq, ikinci matça ümidlə çıxmışdı. Hətta İsveçrə 2-ci dəqiqədə hesabı açsa da, Tuncayın dublu türkləri ümidləndirdi. 52-ci dəqiqədə isə Necati Ateş hesabı 3:1 etdi. Bundan sonra vurulacaq 1 qol "ay-ulduzlular"ı DÇ-2006-ya çıxaracaqdı. Amma gözlənilmədən 84-cü dəqiqədən İsveçrənin vurduğu qolla ümidlər söndü. Hətta Tuncay sona 2 dəqiqə qalmış het-trik etsə də, bu yığmanın pley-offu keçməsi üçün bəs etmədi.
4. 2007-ci ildə Norveçlə matç
Avro-2008-ə gedə bilmək üçün qrupdakı son matçını qazanması lazım olan "ay-ulduzlular" 2007-ci il noyabrın 17-də Norveç səfərinə yollanmışdı. Oyun Terimin istədiyi kimi başlamadı və Hagenin qoluyla Norveç 1:0 önə keçdi. Amma Əmrə Belözoğlu və Nihat Kahvecinin qolları Türkiyəyə 3 xal qazandırdı.
Son matçda isə Bosniyanı məğlub edən Terimin yetirmələri onun rəhbərliyində 2-ci dəfə Avropa çempionatına vəsiqə qazandı.
5. Son saniyə qolları
Türkiyə Avro-2008-ə çox pis başlamışdı. Portuqaliyaya məğlubiyyətdən sonra İsveçrə ilə bərabərə qalan komanda ümidini sonuncu oyuna bağlamışdı. Amma rəqib güclü Çexiya millisi idi. 1 qələbə "ay-ulduzlular"ı 1/4-ə çıxaracaqdı. Amma çexlərlə oyunun 75-ci dəqiqəsində komanda 0:2 geridə idi. Amma həmin gün "qırmızı-ağlar" əsl tarix yazdı. Son 15 dəqiqədə Arda Turan və Nihatın (2) qolları ilə Türkiyə meydanı 3:2 qalib tərk etdi. Amma bu hələ son deyildi. 1/4 finalda rəqib Xorvatiya millisi olacaqdı. Əsas vaxt 0:0 başa çatdığından oyun əlavə dəqiqələrə uzanmışdı. Amma İvan Klasniçin sona 1 dəqiqə qalmış vurduğu qol stadionun "ağ-qırmızı" hissəsini sükuta qərq etdi. Hakimin əlavə etdiyi dəqiqələrdə meydana "növbətçi qolçu" Semih Şentürk çıxınca tribunalar yenidən alovlandı. Penalti zərbələrində isə Terimin yetirmələri qalib gələrək yarımfinala yüksəldi ki, bu da onların Avropa çempionatı tarixində ən böyük uğuru kimi tarixə düşdü.
Ekspressfutbol

0
0