“Çelsi” yeni transferini rəsmən açıqladı
25.08.2013 - 15:54
“Çelsi” yeni transferini rəsmən açıqladı
“Çelsi” “Anji”nin braziliyalı futbolçusu Villanı heyətinə qatıb. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin həm özü, həm də klubu ilə razılığa gəlib. Villan yeni klubu ilə 3 gündən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Villanı “Çelsi”dən başqa “Liverpul” və “Tottenhem” də transfer etmək istəyirdi.