Mourinyo yenə Qvardiolaya sataşdı
25.08.2013 - 16:41
Mourinyo yenə Qvardiolaya sataşdı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo iddialı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Pep Qvardiolaya sataşan portuqaliyalı mütəxəssis onun komandasının zəif olduğunu deyib.

Mourinyo “Bavariya”nın ötən mövsüm daha güclü olduğunu deyib: “Yupp Haynkesin “Bavariya”sı Avropanın ən yaxşı komandası idi. İndi isə komandanın yeni baş məşqçisi var və onlar elə də güclü deyillər. Düşünürəm ki, UEFA Superkubokunun finalında matçın əsas favoriti elə "Çelsi" olacaq. Çünki "Bavariya" Qvardiola ilə zəifdir".

Qeyd edək ki, Mourinyo “Real”ı, Qvardiola isə “Barselona”nı çalışdırarkən iki mütəxəssis arasında tez-tez söz “atışması” olurdu.