Millimiz Palanqada üçüncü yeri tutdu
25.08.2013 - 18:28
Millimiz Palanqada üçüncü yeri tutdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə III yeri tutub. Apasport.az saytının xəbərinə görə, III yer uğrunda bu gün keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu (affa.az)