Yuri Syomin: Müdafiə və hücum arasında balans yarada bilmirik
25.08.2013 - 19:34
Yuri Syomin: Müdafiə və hücum arasında balans yarada bilmirik
“Müdafiə və hücum arasında balans yarada bilmirik. Əsasən qapımızdan ilk yarıda top buraxandan sonra toparlanmağa çalışırıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının IV turunda “Qarabağ”a uduzduqları (0:1) hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb: “Rəqib meydana əsas heyətlə çıxmasa belə, öz nizam-intizamı, oyun sistemi var. Buna görə də, meydana kimin çıxmasından asılı olmayaraq həmin sistemlə oynayırlar. Bizim də fərqlənmək üçün çoxlu şansımız oldu. Bunun üzərində çalışmalıyıq”.