Qurban Qurbanov: Riskə getmişdik, bəxtimiz gətirdi
25.08.2013 - 19:39
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IV turunda “Qəbələ” ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin çalışdırıcısı riskə getdiklərini söyləyib: “Bu gün komanda riskə getmişdi. Çünki əsas heyətdə yer alan futbolçuların bəziləri meydana ilk dəfə çıxırdılar. Düşünürəm ki, bəxtimiz gətirdi. Bununla belə, futbolçuların çıxışından razı qaldım”.
Xatırladaq ki, “Qarabağ” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə, çempionatda ardıcıl dördüncü qələbəsini qazanıb.
Xatırladaq ki, “Qarabağ” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə, çempionatda ardıcıl dördüncü qələbəsini qazanıb.
0
0