Qədirov biabırçılığa şərh verdi
25.08.2013 - 21:47
Qədirov biabırçılığa şərh verdi
“İlk qolu vursaq da, ardını gətirə bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.

Paytaxt təmsilçisinin çalışdırıcısı Topaz Premyer Liqasının IV turunda öz meydanında “İnter”ə 1:5 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Onun sözlərinə görə, rəqib onun komandasını əks-hücumlarda tutub: “Pis oynadıq, heyətlə bağlı problemlərimiz var. Komandaya yeni qoşulan futbolçular tam uyğunlaşmayıb. Çalışıb, uğursuzluq zolağından çıxmalıyıq”.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze isə oyunla bağlı bunları deyib: “Komandam yaxşı oynadı, qələbə qazanmalı idik. Oyunumuzda bəzi çatışmayan məqamlar da var. Mövsümə yaxşı başlamasaq da, qələbələrə davam etməyə çalışacağıq”.

pfl.az