“Neftçi” “Xəzər Lənkəran”ın bazasına sığındı
25.08.2013 - 23:18
Topaz Premyer Liqasının IV turunda “Xəzər Lənkəran”la qalmaqallı oyundan sonra “Neftçi” klubu Lənkəranı tərk edə bilmir. Apasport.az saytının xəbərinə görə, bu səbəbdən cənub təmsilçisinin rəhbərliyi qonaq komandanın təhlükəsizliyini təmin etmək üçün klubun bazasında onlara yer verib.
Az öncə “Xəzər Lənkəran”ın bazasında şam yeməyi yeyən “Neftçi” klubunun təxminən 1 saatdan sonra Bakıya yola düşəcəyi bildirilir.
Xatırladaq ki, oyun başa çatandan sonra "Neftçi" heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qonaqlar meydan sahiblərinin paltardəyişmə otağında yerləşdirilmişdi.

0
0