Tuyqun Nadirov: Fanatların qarşısına mən çıxdım
26.08.2013 - 00:08
“Oyundan sonra mənə heç kim hücum etməyib”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Topaz Premyer Liqasının IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” görüşü qalmaqalla yekunlaşdı. Qolsuz bərabərlikdən narazı qalan azarkeşlərin qarşılaşmadan sonra Nadirova hücum etdiyi bildirilir.
Klub rəsmisi əməkdaşımızla söhbətində haqqında yayılan xəbərləri təkzib edib: “Oyundan sonra azarkeşlər meydana çıxmaq istəyən zaman onların qarşısına çıxdım. Ola bilsin fanatların mənə hücum etdiyini düşünüblər. Səmimi deyirəm, kimsə mənə hücum etməyib, yayılan xəbərlər dezinformasiyadı”.

0
0