Millimizin hücumçusu 18 dəqiqə oynadı
26.08.2013 - 09:22
Millimizin hücumçusu 18 dəqiqə oynadı
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Kayzerslautern-2”nin şərəfini qoruyan hücumçu Cənub-Qərb Regionalliqasında V turun “Zveybrükkken”lə qarşılaşmasının iştirakçısı olub.

Rüfət qolsuz heç-heçə ilə nəticələnən matçın 72-ci dəqiqəsində Yakobu əvəzləyib.

Qeyd edək ki, 1 matç az keçirən və hesabında 3 xal olan “Kayzerslautern-2” 5 turdan sonra 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.